AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişə əsasən oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İran İslam Respublikasına dostluq səfərinə gedib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası Silahlı Qüvvələrdə davam edir.
Hərbi Dəniz Qüvvələrinin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin hazırlıq məşqləri keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 oktyabr 2017-ci il tarixədək 85.239.254,73 AZN, 212.873,88 ABŞ dolları, 8636,0 avro və 5000,0 rubl vəsait daxil olub.