AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Vaşinqton şəhərində Baş Qərargah rəisləri səviyyəsində keçirilən “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda keçirilən görüşdə iştirak edib.
Bakıda Birgə İşçi Qrupunun ilk görüşü keçirilirOktyabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələrə Dəstək nazirinin müavini, ikitərəfli hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun İran tərəfindən rəhbəri, general-mayor Höccətullah Qoreyşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Horadiz qəsəbəsinə şəhər statusunun verilməsinin 10 illiyinə həsr olunmuş kütləvi vətənpərvərlik tədbiri keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 25-də Füzuli rayonu Horadiz kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Oktyabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri səfir Kestutis Yankauskas ilə görüşüb.
Oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.
Xocavənd rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə hərbi hissədə tədbir keçirilib.
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planı”na uyğun olaraq Bakı şəhərində Azərbaycan və İtaliya Müdafiə Nazirlikləri arasında Qərargah danışıqları keçirilib.
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov oktyabrın 24-də Vaşinqton şəhərində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına yola düşüb.
Oktyabrın 21-də Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.