Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Oktyabr 2017 16:54

Azərbaycan ilə İtaliya müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planı”na uyğun olaraq Bakı şəhərində Azərbaycan və İtaliya Müdafiə Nazirlikləri arasında Qərargah danışıqları keçirilib.
Danışıqlar zamanı ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, hərbi  təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.