Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2017 11:36

Ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası Silahlı Qüvvələrdə davam edir. Bu münasibətlə “N” saylı hərbi hissədə ordudan tərxis olunan hərbi qulluqçular üçün "Xidmətinə görə sağ ol əsgər!" adlı yola salınma mərasimi keçirilib.
Hərbi hissənin zabiti polkovnik-leytenant Rasim Manafov şəxsi heyəti və qonaqları salamlayaraq komandanlığın təbrik-müraciətini hərbi qulluqçulara çatdırıb. O, hərbi xidməti uğurla başa vurmuş gənclərə səmimi arzularnı bildirərək xidmətə yeni başlayan əsgərlərə də uğurlar arzulayıb.
Ehtiyata buraxılan əsgərlər haqqında məlumatlar verilib, xidmətdə əldə etdikləri nailiyyətlərdən söhbət açılıb. Sonra döyüş növbəsinin rəmzi təhvili mərasimi həyata keçirilib. Ehtiyata buraxılan əsgər silahını, dəmir dəbilqəsini və zirehli gödəkçəsini onu əvəz edəcək gənc əsgərə təqdim edib.
Gənc əsgər isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin ənənələrini davam etdirəcəklərinə, Ali Baş Komandanımızın rəhbərliyi altında tezliklə işğal altında olan torpaqlarımızdan xalqımıza qələbə müjdəsi gətirəcəklərinə and içib.
Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri Fərmanlar təqdim olunduqdan sonra “Vətən Uğrunda!” Səyyar Təbliğat Dəstəsinin iştirakı ilə əsgərlər üçün konsert proqramı təşkil edilib.