AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 sentyabr 2017-ci il tarixədək 84.650.521,36 AZN, 212.873,88 ABŞ dolları, 8336,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Sentyabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Polşa Respublikasının Milli Müdafiə naziri cənab Antoni Maçereviçin dəvəti ilə Varşava şəhərinə yola düşüb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Hərbi Hava Qüvvələrində NATO-nun mobil təlim qrupu tərəfindən müxtəlif aidiyyəti mövzular üzrə təlim kursu keçirilir.
Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən Uğrunda!” Səyyar Təbliğat dəstəsi Qurban bayramı münasibətilə ön xətdə yerləşən hərbi hissələrdə və döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib.
Sentyabrın 2-də Qurban bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil olunub.
Sentyabrın 2-də Qurban bayramı münasibətilə hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə Müdafiə Nazirliyinin rəhbər heyəti iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən sentyabrın 1-də cəbhəboyu zonada yerləşən hərbi birliyə səfər edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı münasibətilə bu gün bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir.
Vətən uğrunda canımızdan keçməyə hazırıqSəhər saatları olmasına baxmayaraq günəş öz isti şüalarını yer üzünə saçmağa başlayıb.