AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“Tapşırıqları yerinə yetirməyə hazırıq”Silahlı Qüvvələrimizdə döyüş hazırlığının yüksəldilməsi şəxsi heyətin qarşısında duran başlıca vəzifədir.
Sentyabrın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Canikli ölkəmizdə keçirilən “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirak ediblər.
Sentyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Canikli ilə görüşüb.
Müdafiə nazirinin müvafiq göstərişinə əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin nitqinə həsr edilmiş açıq dərs keçirilib.
Siz qalib gələcəksiniz!Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyir.
Sentyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sentyabrın 27-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Caniklinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.
“TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin kütləvi informasiya vasitələrində işıqlandırılması, həmçinin gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və hərbi xidmətə həvəsləndirilməsi məqsədilə yerli və xarici media nümayəndələri və bir qrup məktəblinin sentyabrın 26-da təlim keçirilən əraziyə səfəri təşkil edilib.
Sentyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.
Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ilə ikitərəfli əməkdaşlıq planına əsasən sentyabrın 25-də Türkiyə Silahlı Qüvvələrinin Sülh Naminə Birgə Təlim Mərkəzinin mobil təlim qrupu tərəfindən Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Taktiki səviyyəli hərbi mülki əlaqələr” mövzusunda təlim kursu başlanıb.