Müdafiə nazirinin müvafiq göstərişinə əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin nitqinə həsr edilmiş açıq dərs keçirilib.
Komandanlıq və pedaqoji heyətin iştirakı ilə keçirilən tədbirdə ölkə başçısının nitqi dinlənilib, çıxışından irəli gələn vəzifələr və gələcək zabitlərin yetişdirilməsində pedaqoji kollektivin rolu mövzusunda müzakirələr aparılıb.
Hərbi liseyin rəisi çıxış edərək cəbhə bölgəsində keçirilən genişmiqyaslı təlimlərin yekunlarına həsr olunmuş kollegiya iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənovun “Silahlı Qüvvələrin 2017-ci qış tədris dövründə xidməti döyüş fəaliyyətinin nəticələri” mövzusunda məruzəsindən irəli gələn tələbləri şəxsi heyətə çatdırıb.