AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Polşa Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 7-də Varşava şəhərində Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi xadimləri general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib.
Sentyabrın 7-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Sentyabrın 7-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qurban bayramı münasibətilə Silahlı Qüvvələrdə keçirilən “Açıq qapı günü” tədbirlərindən birində Tərtər rayonunun Qarabağ müharibəsi veteranlarından bir qrupu Müdafiə Nazirliyinin rəhbərliyinə ön səngərə - döyüş mövqeyinə gedərək şəxsi heyətlə görüşmək, gənc əsgərlərlə birlikdə döyüş növbəsinə çıxmaq arzularını bildiriblər.
Tankçıların uğurlarıBu il iyulun 29-dan avqustun 12-dək Rusiya Federasiyasının Alabino təlim mərkəzində keçirilən Beynəlxalq Ordu Oyunları çərçivəsində 19 ölkədən 57 tank heyətinin iştirak etdiyi "Tank biatlonu" müsabiqəsində Azərbaycan tankçıları uğurlu nəticə göstəriblər.
Polşa Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kielce şəhərində keçirilən “MSPO - 2017” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.
Polşa Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də bu ölkənin Milli Müdafiə naziri cənab Antoni Maçereviçlə görüşüb.
Sentyabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Sentyabrın 4-dən 10-dək Seul şəhərində (Koreya Respublikası) “Qeyri-müəyyənlik dövründə təhlükəsizlik sahəsində əməkdaşlığa baxış” mövzusunda Seul Müdafiə Dialoqu keçirilir.