Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2017 15:44

Media nümayəndələri və məktəblilər “TurAz Qartalı - 2017” təlimlərini izləyiblər

“TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin kütləvi informasiya vasitələrində işıqlandırılması, həmçinin gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və hərbi xidmətə həvəsləndirilməsi məqsədilə yerli və xarici media nümayəndələri və bir qrup məktəblinin sentyabrın 26-da təlim keçirilən əraziyə səfəri təşkil edilib.
Şəxsi heyət və hərbi texnika ilə tanış olan jurnalistlər və məktəblilər yerinə yetirilən uçuşları izləyiblər. Hərbi pilotların qonağı olan məktəblilər təlimlərə cəlb edilən aviasiya texnikası ilə tanış olub və onları maraqlandıran mövzular üzrə məlumat əldə ediblər.
Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.