Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Sentyabr 2017 16:30

Müdafiə naziri cəbhə bölgəsində “Açıq qapı” günündə iştirak edib

Sentyabrın 2-də Qurban bayramı münasibətilə hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə Müdafiə Nazirliyinin rəhbər heyəti iştirak edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələrdə əsgər valideynləri, müharibə və əmək veteranları, şəhid ailələri və ictimayyət nümayəndələri ilə görüşərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrdə həyata keçirilən tədbirlər, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər və digər məsələləri onların diqqətinə çatdırıb, qonaqları maraqlandıran suallarla bağlı fikirlərini bölüşüb.
Ziyarətçilər hərbi hissədə yaradılmış şəraitlə tanış olublar. Sonra xatirə olaraq hərbi hissə ərazisində çinar ağacları əkilib.
Bayram münasibətilə qurbanlar kəsildikdən sonra qonaqlar əsgər yeməkxanasında birgə nahar ediblər.
Keçirilən tədbirdən və hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitdən məmnun qalan valideynlər dövlət başçısına Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.