AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ümummilli Liderimizin adını daşıyan Hərbi lisey yeni tədris ilinə də uğurla başlayıbTədbirə hazırlıqla bağlı məruzə edildikdən, Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev liseyin pedaqoji və zabit heyətini, kursantları bilik günü münasibətilə təbrik edərək, xidmətlərində uğurlar arzulayıb...davamıSülhə gəlin, ey insanlar!Məlum olduğu kimi, 1981-ci ildə BMT tərəfindən təsis edilən Beynəlxalq Sülh Günü ilk mərhələdə sentyabrın üçüncü çərşənbə axşamı qeyd edilirdi, 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnaməyə əsasən, bu əlamətdar gün üçün dəqiq tarix 21 sentyabr seçildi və o vaxtdan hər il mühüm hadisə kimi dünya miqyasında qeyd olunur...davamıTam orta məktəblərdə gələcəyin əsgərlərini formalaşdıran hərbi rəhbərlərin peşəkarlıqlarının artırılması diqqət mərkəzindədirNaxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində "Gənclərin çağırışaqədərki hazırlığı" fənnini tədris edən hərbi rəhbərlərin peşəkarlığının artırılması məqsədilə Əlahiddə Ümumqoşun Orduda növbəti təlim toplantısı keçirilib...davamıƏsgərlərimizin döyüş ruhu yüksəkdirMüharibədə uğur əldə etmək üçün şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olması, möhkəm nizam-intizam, qorxmazlıq, düşmənə nifrət kimi keyfiyyətlər vacib şərtlərdir.
Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşlar 20 sentyabr 2017-ci il tarixdən 3 oktyabr 2017-ci il tarixədək ərizə ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edə bilərlər.
Azərbaycan Ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, hərbi qulluqçuların Vətən sevgisi, döyüş ruhu və yüksək nizam-intizamı onu deməyə imkan verir ki, Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, ərazinin kəşfi mərhələsindən sonra təlim iştirakçıları maket üzərində qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkilini həyata keçiriblər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Sentyabrın 22-dək Ankara şəhərində (Türkiyə) "Mətbuat və ictimaiyyətlə əlaqələr" mövzusunda qarşılıqlı təcrübə mübadiləsi və sentyabrın 25-dək Klaypeda şəhərində (Litva) hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin döyüş qabiliyyəti, şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, həmçinin mülki əhalinin təhlükəsizliyinin təmin olunması şəraitini yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətindəki bölmələrdə olub.
Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Velikiy Ustyuq” kiçik raket gəmisi və “MB-58” dəniz yedəyi dostluq səfəri ilə sentyabrın 19-da Bakıya gəliblər.
Silahlı Qüvvələrin hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına müvafiq olaraq, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyi və NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertləri arasında işçi görüşləri keçirilir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda “Maddi-texniki təminatın əsasları” mövzusunda seminar keçirilir.