Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2017 12:34

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təhsil ekspertlərinin işçi görüşləri keçirilir

Silahlı Qüvvələrin hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına müvafiq olaraq, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyi və NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertləri arasında işçi görüşləri keçirilir.
Nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi, tədris müəssisələrində xarici dil tədrisi ilə məşğul olan mütəxəssislərə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat vermək, qarşılıqlı fikir mübadiləsi aparmaq, eləcə də gələcək əməkdaşlıq imkanlarını müzakirə etməkdən ibarətdir.
İşçi görüşlər sentyabrın 22-dək davam edəcək.