AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 3-də “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmi heyətləri Xəzər dənizində təyin olunmuş rayonda hava hədəflərinin məhv edilməsi üzrə peşəkarlıqlarını nümayiş etdirəcəklər.
“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmilərin dəniz hədəfinə artilleriya atışları ehtiyat gününə keçirilib.
Moskva şəhəri yaxınlığındakı Alabino hərbi poliqonunda yaradılmış “Dostluq Evi”ndə “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edən dövlətlərin nümayəndələri öz ölkələrinin mədəniyyət nümunələrini nümayiş etdiriblər.
Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetirmək üçün Xəzər dənizinə çıxıblar.
Avqustun 1-də Dənizkənarı Milli Parkda “Beynəlxalq Ordu Oyunları–2017” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 avqust 2017-ci il tarixədək 84.044.509,72 AZN, 212.873,88 ABŞ dolları, 8036,0 avro və 5000,0 rubl vəsait daxil olub.
“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində avqustun 1-dən 11-dək Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib.
Avqustun 1-də Hərbi Dəniz Qüvvələrinin qərargahında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.
“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında “Artilleriya atəşinin ustaları” və “Snayper həddi” müsabiqələrinin təntənəli açılış mərasimi keçirilib.