Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Avqust 2017 12:21

“Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib - VİDEO

Avqustun 1-də Hərbi Dəniz Qüvvələrinin qərargahında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.
Mətbuat konfransı zamanı iştirak edən heyətlər tərəfindən döyüş hazırlığı poliqonlarına çıxış, müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə məşqlərin keçirilməsi haqqında ətraflı məlumat verilib, jurnalistlərin iştirakı ilə müsabiqəyə cəlb olunan gəmilərə, xüsusi texnikalara, silahlara baxış keçirilib, onların təyinatına dair qısa brifinq verilib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.