Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Avqust 2017 14:31

“Dəniz kuboku - 2017” müsabiqəsinin püşkatma mərasimi keçirilib

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində avqustun 1-dən 11-dək Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib.
Püşkatmanın nəticələrinə əsasən müsabiqənin 1-ci epizodunun yerinə yetirilməsində komandaların növbə üzrə sıralanması müəyyənləşdirilib. Sıralanmaya görə epizodun icrasına birinci Rusiya, ikinci Qazaxıstan, üçüncü Azərbaycan, dördüncü isə İran başlayacaqdır.