AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Təbliğat dəstəsi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə, o cümlədən ön xətdə döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib.
“Sizdən öyrənirik qəhrəmanlığı”"N" hərbi hissəsindəydik.
Son günlər Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytlarda Azərbaycan Ordusu haqqında daxili auditoriyaya hesablanmış yalan və saxta məlumatlar yayılmaqdadır.
Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Avropa Komandanlığının hərbi tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi feldşerləri ilə təcrübə mübadiləsi aparmaq məqsədilə ölkəmizdə səfərdə olub.
Avqustun 16-da bir qrup hərbi qulluqçu işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş mayor Əliyev Elnur Adil oğlunun ad günündə onun ailəsinə baş çəkib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazirin birinci müavini Yaqub Eyyubov və Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada mövcud olan vəziyyətlə yerində tanış olmaq məqsədilə ön xətdə yerləşən bölmələrdə olub.
“Dəniz kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək üçün iyulun 22-də Azərbaycana gələn Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Sarıarka” və “Qazaxıstan” raket-artilleriya, eləcə də “Jayık” hidroqrafiya gəmiləri Bakı limanını tərk edib.
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində həlak olmuş iki yaşlı Zəhra Elnur qızının və onun nənəsinin 40 mərasimində iştirak edib.
Avqustun 13-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
“Dəniz kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək üçün iyulun 22-də Azərbaycana gələn İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin “Cövşən” və “Peykan” raket katerləri avqustun 13-də Bakı limanını tərk edib.