AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Moskva şəhərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 12-də Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib.
“Dəniz kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək üçün iyulun 23-də Azərbaycana gələn Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Qrad Sviyajsk” kiçik raket və “SB-45” xilasetmə yedək gəmiləri avqustun 12-də Bakı limanını tərk edib.
Qalib divizionQəzetimizin ötən nömrələrində "Silahlı Qüvvələrin ən yaxşı artilleriya divizionu" adı uğrunda yarışların keçirilməsi barədə məlumat vermişdik.
Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Təbliğat Dəstəsi cəbhə xəttində xidmət edən əsgərlərlə görüş keçirib.
Avqustun 11-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində III Beynəlxalq Ordu Oyunları çərçivəsində təşkil edilən “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib.
Avqustun 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib.
Avqustun 10-da Azərbaycan HDQ-nin bazasında “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin yekunlarına dair hakimlər kollegiyasının yekun iclası keçirilib.
“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi, Rusiya HDD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisi, İran HDQ-nin “Cövşən” raket kateri və Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisinin ekipajları mini-futbol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar.
“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarışlar çərçivəsində müəyyən olunmuş bütün epizodları yerinə yetiriblər.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 9-da Ağdam rayonu Sarıcalı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.