Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Gəncə şəhərinin tarixi yerlərinə hərbi qulluqçuların ekskursiyası təşkil olunub 7 Avqust 2017 18:59

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə cəbhənin ön xəttində xidmət edən hərbi qulluqçuların Gəncə şəhərinin tarixi yerlərinə ekskursiyası təşkil edilib.

“Dəniz kuboku - 2017” müsabiqəsinin yeni yarış həftəsi başlayıb 7 Avqust 2017 12:34

“Dəniz kuboku - 2017” müsabiqəsinin yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri avqustun 7-də müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizodu, növbəti gün isə “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodu yerinə yetirəcəklər.

“Dəniz kuboku - 2017” müsabiqəsinin iştirakçıları arasında voleybol yarışı təşkil olunub 6 Avqust 2017 18:37

“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi, Rusiya HDD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisi, İran HDQ-nin “Cövşən” raket kateri və Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisinin ekipajları bu gün voleybol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar.

Azərbaycan HDQ-nin “G-124” gəmisi dəniz hədəfinə atışları uğurla yerinə yetirib - VİDEO 6 Avqust 2017 13:12

“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetiriblər.

"Dəniz Kuboku - 2017" müsabiqəsində “üzən mina” hədəfinə artilleriya atışları keçirilib - VİDEO 5 Avqust 2017 13:17

"Dəniz Kuboku - 2017" müsabiqəsi çərçivəsində “Üzən minaya artilleriya atışı” üzrə 3-cü epizod icra edilib.

Azərbaycan snayperləri yarışların növbəti mərhələsinə yüksəliblər 4 Avqust 2017 19:09

Avqustun 4-də “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlükləri yarışında iştirak edən Azərbaycan snayperləri uğur qazanaraq növbəti mərhələyə keçiblər.

Qazaxıstanda snayper cütlüklərinin yarışı keçiriləcək 4 Avqust 2017 16:18

Avqustun 4-də “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlüklərinin yarışlarına start veriləcək.

“Dəniz kuboku - 2017” müsabiqəsində “Üzən minaya artilleriya atışı” epizodu icra olunacaq - VİDEO 4 Avqust 2017 12:14

“Dəniz kuboku - 2017” müsabiqəsi çərçivəsində “Hava hədəfinə artilleriya atışı” üzrə 2-ci epizod icra edilib.

“Dəniz Kuboku - 2017” müsabiqəsinin mərhələ və epizodları üzrə püşkatma mərasimi keçirilib - VİDEO 3 Avqust 2017 12:17

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçirilən “Dəniz Kuboku - 2017” müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib.

"Azərbaycan Ordusu" qəzeti - №58 (2175) 3 Avqust 2017 10:59

“Torpaqlarımız azad ediləcək”Ümummilli liderimiz Heydər Əliyev 1996-cı ildə Azərbaycan gənclərinin birinci forumunda çıxışında gənclərin qarşısında dayanan əsas vəzifələrini xatırladaraq Vətənə şərəflə xidmət etməyin və hərbi peşələri seçərək ordu quruculuğunda yaxından iştirak etməyin nə dərəcədə gərəkli olduğunu da demişdir...davamı“Əsgərin sağlamlığı keşiyində dayanmaq mənə qürur verir”Tibb elmi və onun inkişafını sürətləndirən müasir texnologiya təbii ki, insanların sağlamlığının xidmətinə yönəldilib.