Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Avqust 2017 18:59

Gəncə şəhərinin tarixi yerlərinə hərbi qulluqçuların ekskursiyası təşkil olunub

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə cəbhənin ön xəttində xidmət edən hərbi qulluqçuların Gəncə şəhərinin tarixi yerlərinə ekskursiyası təşkil edilib.
3 gün davam edən ekskursiyalar zamanı hərbi qulluqçular Gəncə şəhərinin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, incəsənət abidələri haqqında məlumatlandırılıblar.
Gəncə Qala qapıları, Nizami Gəncəvi məqbərəsi və Nizami Gəncəvi Yaradıcılıq muzeyi, İsrafil Məmmədovun ev muzeyi və məzarı, Məhsəti Gəncəvi mərkəzi, Cavad xan küçəsi və Cavad xan məqbərəsi, Şeyx Zamanovlar mülkü, Şah Abbas məscidi, Çökək Hamam, Xan Bağı, Xalq Cümhuriyyəti binası və Şirəli bəy bürcü ilə tanış olan hərbçilər xoş təəssüratlarla xidmət yerlərinə qayıdıblar.
Bu səpkidə keçirilən tədbirlər hərbi hissələrlə ictimaiyyət arasında əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıyır.