AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə nazirinin tapşırığına əsasən Silahlı Qüvvələrdə 2016-cı il aprel döyüşlərinin birinci ildönümü ilə əlaqədar “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında silsilə hərbi-vətənpərvərlik tədbirləri keçirilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 5-də Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Görüşdə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunubAprelin 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb.
Müdafiə Nazirliyi və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun aprel döyüşlərindəki qələbələrinin ildönümü və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən "İgidliyə görə" (ölümündən sonra) medalı ilə təltif olunmuş şəhid əsgər Sarvan Mehrəliyevin il mərasimi ilə əlaqədar Pirallahı qəsəbəsində tədbir keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun müxtəlif güc strukturları ilə birgə komanda-qərargah təlimi başa çatıb.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 aprel 2017-ci il tarixədək 81.152.798,16 AZN, 212.673,88 ABŞ dolları, 6835,69 avro və 5000,0 rubl vəsait daxil olub.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunda təhsil alan dövlət orqanlarının yüksək vəzifəli qulluqçuları üçün Hərbi Hava Qüvvələrinin hərbi hissəsində praktiki məşğələ keçirilib.
Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində 2017-ci il üçün imzalanan birgə tədbirlər planına əsasən Qazax hərbi prokuroru ədliyyə polkovniki Şahin Zamanov Şəmkirdəki "N" saylı hərbi hissədə şəxsi heyətlə görüşüb.
Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aprel döyüşlərinin ildönümü münasibətilə C.Naxçıvanski adına hərbi liseydə “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib.
Aprelin 1-də Azərbaycan Texniki Universitetdə bu ali məktəbin məzunu, Milli Qəhrəman Çingiz Qurbanov haqqında filmin təqdimatı olub.