Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2017 14:30

Milli Qəhrəman Çingiz Qurbanov haqqında filmin təqdimatı olub

Aprelin 1-də Azərbaycan Texniki Universitetdə bu ali məktəbin məzunu, Milli Qəhrəman Çingiz Qurbanov haqqında filmin təqdimatı olub. Tədbirdə Ç.Qurbanovun ailəsi, millət vəkilləri, Müdafiə Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, eləcə də tanınmış ictimai xadimlər iştirak ediblər.
Müdafiə Nazirliyinin dəstəyi ilə “ARB Media Qrup” tərəfindən lentə alınan “Çin olan yuxu” adlı ekran əsərində Milli Qəhrəmanın şərəfli həyat yoluna nəzər salınıb. Filmin çəkilişləri Ç.Qurbanovun doğulduğu Qusar rayonunun Həzrə kəndində, ali təhsil aldığı Texniki Universitetdə və xidmət etdiyi, Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə aparılıb.