Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2017 17:25

Silahlı Qüvvələrin Hərbi Akademiyasında praktiki məşğələ keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunda təhsil alan dövlət orqanlarının yüksək vəzifəli qulluqçuları üçün Hərbi Hava Qüvvələrinin hərbi hissəsində praktiki məşğələ keçirilib.
Məşğələ zamanı kurs dinləyiciləri real vaxt kəsiyində Azərbaycanın hava məkanının qorunması məsələləri və hərbi hissənin yeni texnikası ilə tanış olublar.
Praktiki məşğələnin sonunda akademik kurs adından hərbi hissə komandanlığına xatirə lövhəsi təqdim olunub.