AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini – 2016" birgə taktiki-uçuş təlimləri davam edir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 17-də Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Martın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Çexiya Respublikası parlamentinin Deputatlar Palatasının Müdafiə Komitəsinin sədri David Kadnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrdə keçiriləcək tədbirlər planını təsdiq edib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Ankara şəhərində törədilmiş xain terror aktı nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaza və Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb.
Martın 14-dən 16-dək İstanbul şəhərində (Türkiyə) "Beynəlxalq hərbi elmlər və təhlükəsizlik - 2016" konfransı, martın 14-dən 19-dək Sarayevo şəhərində (Bosniya və Herseqovina) NATO-nun regional kollektiv təlimi planlaşdırma kursu, martın 14-dən 25-dək Latina şəhərində (İtaliya) qüvvələrin açılmasının və hərəkətinin idarəedilməsi sistemi üzrə təməl kursu, martın 14-dən 25-dək Ankara şəhərində (Türkiyə) qərargah zabitləri üçün böhranlara cavab əməliyyatları kursu, martın 14-dən aprelin 8-dək İstanbul şəhərində (Türkiyə) əldə düzəldilmiş partlayıcı maddələrin zərərsizləşdirilməsi kursu və martın 14-dən aprelin 29-dək Şrivenhem şəhərində (Böyük Britaniya) geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması üzrə kurs keçirilir.
Tbilisi şəhərində (Gürcüstan) martın 13-dən 18-dək NATO-nun əməliyyat imkanları konsepsiyası çərçivəsində "məsləhətçi görüş" və martın 13-dən 19-dək "NATO-da hərbi tərəfdaşlığın koordinasiyası" üzrə növbəti işçi görüşlər keçirilir.