AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin atəşkəs rejiminə ciddi şəkildə əməl edilməsi çağırışının Azərbaycan Müdafiə Nazirliyi tərəfindən dərhal müsbət qəbul olunmasına baxmayaraq, Ermənistan tərəfi vasitəçilərin sülh təşəbbüslərini həmişəki kimi əks-reaksiya verməklə qarşılayıb.
ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının Quru Qoşunları komandanı, briqada generalı Hopper Smitin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.
Martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxlerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hərbi xidmətdə fərqlənən bir qrup zabitə növbəti “polkovnik” hərbi rütbəsi verilib.
Cənab zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 17-də Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Martın 17-si və 18-də İzmir şəhərində (Türkiyə Respublikası) "EFES-2016" beynəlxalq təliminin əsas planlaşdırma iclası keçirilir.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən Azərbaycanda hərbi tibb imkanlarının təkmilləşdirilməsi və həkiməqədər ilkin tibbi yardımın göstərilməsi mövzularında seminar öz işinə başlayıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Silahlı Qüvvələrdə dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə 2016-cı – Multikulturalizm ili üçün tədbirlər planına əsasən "Qeyri-ənənəvi dini cərəyanların təbliğatının qarşısının alınması və dini radikalizmə qarşı mübarizədə şəxsi heyətlə iş üzrə zabitlərin rolu" mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində "Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafının istiqamətləri" mövzusunda seminar keçirilib.