AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Belarus Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin dəvəti ilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov martın 28-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin Minsk şəhərində keçirilən növbəti iclasında iştirak edir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Lahor şəhərindəki parkda törədilmiş partlayış nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ordu generalı Rəşad Mahmuda başsağlığı ünvanlayıb.
Silahlı Qüvvələrimizin bölmələri tərəfindən martın 26-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnika məhv edilib.
Martın 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.
Martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində keçirilən "TURAZ Şahini - 2016" taktiki-uçuş təlimləri başa çatıb.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Novruz və Pasxa bayramları müddətində atəşkəs rejiminə ciddi əməl edilməsi çağırışı Ermənistan tərəfindən birtərəfli qaydada rədd edilib.
Martın 23-də Vaşinqton şəhərində ABŞ-ın Müdafiə Departamenti ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində götürülmüş məqsədlərin yerinə yetirilməsi, NATO ilə hərbi uzlaşma səviyyəsinin yüksəldilməsi, o cümlədən digər hərbi əməkdaşlıq məsələlərinə dair ikitərəfli görüş keçirilib.