Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2016 09:00

"TURAZ Şahini – 2016" təlimlərində şərti terrorçuların yerləşdiyi məkanların məhv edilməsi əməliyyatı keçirilib

Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini – 2016" birgə taktiki-uçuş təlimləri davam edir.
Təlimlərin ssenarisinə əsasən, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə F-16 qırıcı təyyarələri ilə şərti olaraq terrorçuların yerləşdiyi məkanların məhvetmə əməliyyatını keçiriblər. Təlim əməliyyatı zamanı şərti döyüşə girən F-16 qırıcıları qoruma təyyarələri vasitəsilə mühafizə edilib. Birgə keçirilən əməliyyat uğurla başa çatıb. Şərti terrorçular və onların yerləşdikləri ərazi məhv edilib.
Təlimlər davam edir.