AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, oktyabrın 23-də cəbhə bölgəsində “Dünya ordularının qabaqcıl təcrübəsi əsasında Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji təminatının əsas istiqamətləri” mövzusunda konfrans keçirilib.
Oktyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə fəaliyyət müddəti başa çatan Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Vladimir Çernenko ilə görüşüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya, Litva və Rumıniyanın Müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “İnformasiyanın idarə edilməsi və təhlükəsizlik haqqında maarifləndirmə” mövzusunda seminar keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən oktyabrın 21-də Hərbi Hava Qüvvələrinin aviabazasında yeni inşa edilən yaşayış binasının açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının birgə tədbirlər planına əsasən cəbhəboyu zonada növbəti tədbir keçirilib.
Görkəmli hərbi xadim general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2015-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar tədbirlərin planlaşdırılması və keçirilməsi məqsədilə Müdafiə nazirinin əmrinə əsasən Təşkilat Komitəsi yaradılıb.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, oktyabrın 25-də saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” keçiriləcək.
Oktyabrın 19-dan 23-dək Brüssel şəhərində (Belçika Krallığı) tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursu, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) konsepsiyaların hazırlanması və tətbiq edilməsi kursu keçirilir.
Oktyabrın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) hərbçilərin VI Dünya Oyunlarında medal qazanan idmançılar və onların məşqçiləri ilə görüşüb.
Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.