Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Oktyabr 2015 09:00

Bakıda “İnformasiyanın idarə edilməsi və təhlükəsizlik haqqında maarifləndirmə” mövzusunda seminar təşkil olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya, Litva və Rumıniyanın Müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “İnformasiyanın idarə edilməsi və təhlükəsizlik haqqında maarifləndirmə” mövzusunda seminar keçirilib.
Birgünlük seminarda Latviya, Litva və Rumıniyadan olan mütəxəssislər, eləcə də Azərbaycan Silhalı Qüvvələrinin idarə və komandanlıqlarının nümayəndələri iştirak ediblər.
Seminarda informasiya təhlükəsizliyi risklərinin əsas faktorları və onların qiymətləndirilməsi üsulları, bu sahədə əsas problemlər və onların həlli haqqında məruzələr dinlənilib, prezentasiyalar olub. İnformasiya təhlükəsizliyinə xarici və daxili təhdidlər, onların qarşısının alınması üsulları barədə müzakirələr aparılıb.
Bundan əlavə, xarici mütəxəssislər təmsil etdikləri ölkələrdə informasiyanın idarə edilməsi və təhlükəsizliyi standartları, siyasəti, dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistemləri barədə təcrübələrini bölüşdülər.
Sonda geniş fikir mübadiləsi aparılıb, sual, irad və təkliflər səsləndirilib.