Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Oktyabr 2015 09:00

Şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərilir

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
1997-ci ildə şəhid olmuş bir qrup kəşfiyyatçımızın valideynləri və ikinci qrup əlil Aqil Əhmədov Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyevlə görüşüb.
Onların mövcud problemlərini dinləyən idarə rəisi digər şəhid ailələri kimi onların da Müdafiə nazirinin diqqət və qayğısından kənar olmadıqlarını bildirərək, lazımi köməkliyin göstəriləcəyini qeyd edib.