Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Oktyabr 2015 09:00

Hərbi hissələrdə “Açıq qapı günü” təşkil olunacaq


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, oktyabrın 25-də saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” keçiriləcək.
Ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.
“Açıq qapı günü”ndə hərbi hissə komandanlığı ilə valideynlərin görüşünün təşkili, konsert proqramları və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.