AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən hərbçilərin VI dünya oyunlarının taekvondo yarışlarının sonuncu günündə mübarizəyə qoşulan idmançılarımız da uğurla çıxış ediblər.
Oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.
Oktyabrın 6-da hərbi qulluqçu əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib.
Oktyabrın 12-dən 17-dək Buxarest şəhərində (Rumıniya) münaqişəsonrası yenidənqurma və sabitləşmə kursu, oktyabrın 12-dən 22-dək Budapeşt şəhərində (Macarıstan) müəllimlər üçün təkmilləşdirilmiş hərbi terminologiya kursu keçiriləcək.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar hərbi birlikdə olublar.
Koreya Respublikasının Munqyeonq şəhərində hərbçilərin VI Dünya Oyunları keçirilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarla görüşüb.
Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin komanda heyəti və professor-müəllimlərinin iştirakı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli yığıncaqda əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.