Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2015 09:00

Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin komanda heyəti və professor-müəllimlərinin iştirakı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli yığıncaqda əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, bu gün respublikamızda təntənəli surətdə qeyd olunur. 1966-cı il oktyabrın 5-də UNESCO tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul olunub. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı Sərəncamı ulu öndər Heydər Əliyev imzalamışdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi təyinatlı tədris müəssisələrinin və professor-müəllim heyətinin qarşısında qoyduğu məqsəd və tapşırıqların şərəflə yerinə yetirilməsi və 2015-2016 tədris ilində qarşıda duran vəzifələr barədə də məlumat verilib.
Sonra Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup müəllim qiymətli hədiyyə və fəxri fərmanlarla təltif olunub.
Tədbir Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının konsert proqramı ilə yekunlaşıb.