Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən hərbçilərin VI dünya oyunlarının taekvondo yarışlarının sonuncu günündə mübarizəyə qoşulan idmançılarımız da uğurla çıxış ediblər.
Yarışlarda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan, birinci Avropa Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova bütün rəqiblərini yarışdan kənarlaşdıraraq turnirin qızıl medalını qazanıb.
Kişi taekvondoçulardan Səid Quliyev (-74 kq) yalnız finaldakı rəqibinə məğlub olaraq oyunları gümüş medalla başa vurub.
Xatırladaq ki, komandamız 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla ümumilikdə 12 medala sahibdir.
Yarışlar oktyabrın 11-də yekunlaşacaq.