AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Azərbaycan Hərb Tarixi Muzeyində 18 aprel -Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilmiş "Azərbaycanın hərb tarixində müdafiə istehkamlarının rolu" adlı tədbir keçirilib.
Erməni silahlı bölmələrinin atəskəs rejimini pozması nəticəsində xidməti vəzifələrini yerinə yetirən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, gizir Əlizadə Şahmurad Hilal oğlu şəhid olub.
NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 35 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasının 23-cü ildönümü münasibətilə tibb müəssisəsində tədbir keçirilib.
Aprelin 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pakayin ilə görüşüb.
Aprelin 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Səlim Xəlifə Məhəmməd Əl-Ğafli ilə görüşüb.
Ermənilər hərbi əməliyyatlara Livandan, Suriyadan muzdluları cəlb edir Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə keçirilən irimiqyaslı təlimlərin yekunlarına dair müşavirədə komandir-rəis heyəti qarşısında çıxışında işğal olunmuş ərazilərin tezliklə azad olunacağına əminliyini ifadə edib.
Aprelin 14-dən 16-dək Doha şəhərində (Qətər) "Yırtıcı Şahin-2015" təliminin yekun planlaşdırma konfransı, aprelin 14-dən 17-dək Kaunas şəhərində (Litva) yaralılara hospitala təxliyyədən öncəki tibbi yardım kursu, aprelin 14-dən 24-dək isə Əmman şəhərində (İordaniya) Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində qiymətləndiricilər üçün 29-cu təlim kursu keçiriləcək.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Mehmet Daysalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.