AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
May və sentyabr aylarında birgə hərbi təlimlərin keçirilməsi planlaşdırılır Aprelin 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən, Bakıda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi, korpus generalı İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşelər Gəncə şəhərində yerləşən hərbi hissədə olublar.
1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi ərəfəsində Zərdabda Şöhrət Ordeninin hər üç dərəcəsinin kavaleri, 94 yaşlı Muradalı Heydərovun şərəfinə tədbir keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrində olublar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinin təşkili və keçirilməsi ilə bağlı Tədbirlər planı və Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının qərarına əsasən Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birgə "Xalq və ordu birdir" devizi altında keçirdiyi Ümumrespublika bədii-təşviqat marafonu uğurla davam etdirilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 27-də Goranboy rayonunun Zeyvə kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş təntənəli parada hazırlıq və iştirak məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularından ibarət bölmə aprelin 25-də Moskva şəhərinə yola salınıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 27-də Goranboy rayonunun Zeyvə kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın dəvətilə Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə anım mərasimində iştirak etmək üçün Türkiyəyə yola düşüb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin görkəmli hərbi xadim general Əlağa Şıxlinskinin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində tədbirlər davam edir.