AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələri tərəfindən Naxçıvan Muxtar Respublikasının hava məkanının etibarlı qorunması işinin daim təkmilləşdirilməsi məqsədilə uğurlu tədbirlər həyata keçirilir.
Aprelin 6-da Bakı şəhərində sağlamlıq sahəsində təlim və əməkdaşlıq konfransı, aprelin 6-dan 8-dək İstanbul şəhərində (Türkiyə) hidroqrafiya və okeanoqrafiya mövzusunda əməkdaşlıq iclası, aprelin 6-dan 17-dək Kəraçi şəhərində (Pakistan) kiçik zabitlər üçün taktika kursu, Nyuport şəhərində (ABŞ) "Kölqə fakültə" təşəbbüsü çərçivəsində təcrübə mübadiləsi, aprelin 6-dan iyulun 17-dək Rımniku-Vılça şəhərində (Rumıniya) partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə təməl kursu keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında aprelin 5-dən Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə ilk dəfə olaraq gecə vaxtı irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayacaq.
Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə guya təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı növbəti məlumat yalan və uydurmadır.
Aprelin 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Gürcüstanın Müdafiə naziri cənab Mindia Canelidze arasında ikitərəfli formatda görüş keçirilib.
Aprelin 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında ikitərəfli formatda görüş keçirilib.
Aprelin 2-də Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin üçtərəfli formatda görüşündən sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Tbilisidə keçirilən üçtərəfli görüşünün iştirakçıları aprelin 2-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüblər.
Aprelin 2-də Tbilisi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri cənab Mindia Canelidze və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.
Əlahiddə Ümumqoşun Ordusu üzrə hərbi qulluqçular arasında növbəti idman yarışı keçirilib.