Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Aprel 2015 09:00

Hərbi qulluqçularımız fiziki güclərini sınadılar

Əlahiddə Ümumqoşun Ordusu üzrə hərbi qulluqçular arasında növbəti idman yarışı keçirilib. Bu dəfə idmançılarımız 3 km məsafəyə hərbiləşdirilmiş kross birinciliyində özlərini sınayıblar.
Əvvəlcə hərbi qulluqçuların birinciliyə hazırlığı barədə məruzə edilib. Sonra Əlahiddə Ümumqoşun Ordusunun Fiziki Hazırlıq və İdman rəisi zabit Vahid Məmmədov birinciliyin məqsəd və şərtlərini şəxsi heyətin nəzərinə çatdıraraq iştirakçılara uğurlar arzulayıb.
14 komandanın iştirakı ilə keçirilən birincilikdə qalib komandalar müəyyən edildikdən sonra fərdi hesabda 1-ci yerə əsgər Anar Abbasov, 2-ci yerə gizir Pərviz Əliyev və 3-cü yerə əsgər Cümşüd Əliyev layiq görülüblər.
Qaliblər Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən "Fəxri Fərman" və qiymətli hədiyyələrlə mükafatlandırılıb.