Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Aprel 2015 09:00

Müdafiə naziri Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri ilə görüşüb


Aprelin 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Səlim Xəlifə Məhəmməd Əl-Ğafli ilə görüşüb.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.