AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 30-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud olan bir qrup gənc üçün bir günlük simvolik əsgəri hərbi xidmət təşkil edilib.
Aprelin 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Serbiya Respublikasının keçmiş Prezidenti cənab Boris Tadiçi qəbul edib.
Aprelin 29-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclası keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında pentatlon (beşnövçülük) yarışları keçirilib.
Braziliya Federativ Respublikasının Müdafiə Nazirliyinin rəsmi dəvətilə 28-29 aprel tarixlərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyaya işgüzar səfərə gedib.
Aprelin 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Santiaqo Luis Bento Fernandez Alkasarı qəbul edib.
Aprelin 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pakayini qəbul edib.
Aprelin 25-də Müdafiə Nazirliyi Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Milli Qəhrəman Albert Aqarunovun anadan olmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Aprelin 24-də Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə Gelibolu yarımadasındakı Tarixi Milli Parkda yerləşən Şəhidlər abidəsi önündə beynəlxalq anma mərasimi keçirilib.
Aprelin 23-ü saat 20:40 radələrində Qəbələ rayonundan hərbi xidmətə çağırılmış N saylı hərbi hissənin əsgəri 1994-cü il təvəllüdlü Məcidov Elnur Əli oğlu döyüş növbətçiliyi çəkərkən düşmən gülləsinə tuş gəlib.