AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb.
Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlamasının nəticələrini şəxsən araşdırmaq üçün bu gün hadisə yerində olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və bir qrup zabit heyəti Bakıya qayıdıb.
Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan hərbi qulluqçular Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunub.
Aprelin 7-də Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Balıyev Natiq Bəşir oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Aprelin 9-dan 12-dək İstanbul şəhərində (Türkiyə) Beynəlxalq Hərbi Hava Qüvvələri tarixi simpoziumu keçiriləcək.
Aprelin 7-də Müdafiə Nazirliyində Azərbaycana rəsmi səfərə gəlmiş Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib.
Aprelin 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimov Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Aprelin 6-dan 10-dək Belqrad şəhərində (Serbiya) "Yeni tələbələr, yeni metodlar və yeni qiymətləndirmə" mövzusunda seminar və Azərbaycan-Çexiya ikitərəfli əməkdaşlıq planına əsasən aprelin 7-dən 8-dək Bakı şəhərində insan ehtiyatlarının idarə edilməsi və zabit karyerasının inkişafı üzrə təcrübə mübadiləsi keçiriləcək.
Son günlər keçmiş döyüşçülər, müxtəlif veteran təşkilatları Silahlı Qüvvələrimizə dəstək ifadə edərək torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə xidmət keçən şəxsi heyətə dayaq olacaqları ilə bağlı rəsmi və kütləvi informasiya vasitələrilə Müdafiə Nazirliyinə xeyli sayda müraciətlər ünvanlayıblar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 2-də Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.