Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Aprel 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Aprelin 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pakayini qəbul edib.
Görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İrana rəsmi səfərinin nəticələri müzakirə edilib, bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşesi polkovnik Əmir Fərəci Moez iştirak edib.