Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Aprel 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Aprelin 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Santiaqo Luis Bento Fernandez Alkasarı qəbul edib.
Görüşdə ölkələrimiz arasındakı münasibətlər, regional problemlər və bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli hərbi əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.