Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 8 İyul 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 7-də saat 17:00-dan 17:35-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, iyulun 8-də saat 01:10-dan 01:25-dək və 06:00-dan 06:15-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 7 İyul 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 6-da saat 11:30-dan 11:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və iyulun 7-də saat 01:35-dən 01:37-dək Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 6 İyul 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 5-də saat 23:15-dən 23:30-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 5 İyul 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 4-də saat 15:10-dan 15:15-dək, 19:30-dan 19:35-dək və iyulun 5-də saat 00:15-dən 00:25-dək, 01:45-dən 01.50-dək və 02.35-dən 02.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22:45-dən 22:55-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 5-də saat 01:45-dən 01:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 02:30-dan 02:40-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 5 İyul 2011 00:00

İyulun 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Soçiyə yola düşüb.

Müdafiə Nazirliyinin məlumatı 4 İyul 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 3-də saat 21:50-dən 21:55-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, iyulun 4-də saat 01:15-dən 01:20-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 4 İyul 2011 00:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 5-də Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 1 İyul 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 1-də saat 00:35-dən 00:45-dək, 04:20-dən 04:30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və saat 02:45-dən 02:50-dək Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01:10-dan 01:20-dək və 02:15-dən 02:20-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqələrdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.