Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyul 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 4-də saat 15:10-dan 15:15-dək, 19:30-dan 19:35-dək və iyulun 5-də saat 00:15-dən 00:25-dək, 01:45-dən 01.50-dək və 02.35-dən 02.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22:45-dən 22:55-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 5-də saat 01:45-dən 01:50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 02:30-dan 02:40-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.