Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyul 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 1-də saat 00:35-dən 00:45-dək, 04:20-dən 04:30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və saat 02:45-dən 02:50-dək Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01:10-dan 01:20-dək və 02:15-dən 02:20-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqələrdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.