Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 21 İyul 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 20-də saat 13:00-dan 13:15-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, iyulun 21-də saat 03:35-dən 03:40-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03:50-dən 04:00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 20 İyul 2011 00:00

İyulun 20-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında Hərbi əməkdaşlıq üzrə iş planına uyğun olaraq, Bakı şəhərində Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin mütəxəssisləri tərəfindən “Müdafiə Nazirliyi və Parlament Əlaqələri” mövzusunda seminar başlayıb.

Müdafiə Nazirliyinin məlumatı 19 İyul 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 18-də saat 17:15-dən 17:25-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və saat 23:15-dən 23:50-dək fasilələrlə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli və Horadiz kəndləri ərazisində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 19 İyul 2011 00:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kəndinin 3 kilometr şimalındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 18 İyul 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 17-də saat 19:40-dan 20:00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyulun 18-də saat 01:20-dən 01:30-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 15 İyul 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-də saat 22:45-dən 22:50-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23:00-dan 23:10-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 14 İyul 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 13-də saat 18:45-dən 18:55-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyulun 14-də saat 05:20-dən 05:25-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 13 İyul 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-də saat 17:30-dan 17:35-dək Ağdam rayonunun Şuraabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 11 İyul 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 10-da saat 16:10-dan 16:30-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və iyulun 11-də saat 06:05-dən 06:15-dək Noyemberyan rayonunun Berdavan kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndi ərazisində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 9 İyul 2011 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 8-də saat 21:40-dan 21:50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı ərazilərdən və iyulun 9-da saat 01:30-dan 01:38-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar.