Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyul 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyulun 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Soçiyə yola düşüb.
İclasda Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin silahlı qüvvələri arasında əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Səfər zamanı müdafiə naziri S.Əbiyevin bəzi MDB ölkələri müdafiə nazirləri ilə görüşləri gözlənilir.