AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 9-da saat 10:30-dan 10:45-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 18:35-dən 18:45-dək, 21:45-dən 22:10-dək, oktyabrın 10-da saat 00:40-dan 00:50-dək və 05:30-dan 05:45-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 05:30-dan 05:45-dək və 05:40-dan 06:00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 06:00-dan 06:05-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
“SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI10-20 Oktyabr, 2009-cu ilAzərbaycan-İordaniya ikitərəfli əməkdaşlıq planına əsasən12-14.10.2009 Azərbaycan HHQ Kral HHQ arasında əməliyyat, istismar və hava hücumundan müdafiə və s.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 12-də Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 7-də saat 21:25-dən 21:40-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən;- oktyabrın 8-də saat 01:05-dən 01:10-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 7-də saat 01:40-dan 01:55-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Oktyabrın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtkeni qəbul edib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 5-də saat 21:30-dan 21:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - oktyabrın 6-da saat 02:55-dən 03:30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Oktyabrın 5-də Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Tariq Məcidin Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Oktyabrın 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə Katibinin Nüvə, Kimyəvi və Bioloji Proqramlar üzrə köməkçisi Endryu Veberi qəbul edib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 4-də saat 08:30-dan 08:50-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 20:30-dan 21:10-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 22:30-dan 23:00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.