AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Oktyabrın 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə Katibinin Nüvə, Kimyəvi və Bioloji Proqramlar üzrə köməkçisi Endryu Veberi qəbul edib.
Görüş zamanı ABŞ-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin inkişaf etdirilməsi və regionda mövcud hərbi-siyasi vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.