Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 3 Oktyabr 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabr 2-də saat 19:10-dan 19:30-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 23:30-dan 00:00-dək və oktyabrın 3-də saat 00:50-dən 01:00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 2 Oktyabr 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabr 1-də saat 19:20-dən 19:50-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən; -saat 23:00-dan 23:20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 1 Oktyabr 2009 00:03

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev müdafiə və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gələn NATO katibinin Müdafiə Siyasəti və planlaşdırma üzrə köməkçisi Jire Şedivini qəbul edib.

Müdafiə Nazirliyinin məlumatı 1 Oktyabr 2009 00:02

Oktyabrın 1-də Azərbaycana rəsmi səfər edən Çexiya Respublikası nazirinin müavini - müdafiə naziri Martin Bartakın Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Müdafiə Nazirliyinin məlumatı 1 Oktyabr 2009 00:01

“SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏDİGƏR TƏDBİRLƏRİNSİYAHISI1-10 Oktyabr 2009-cu ilAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən01.102009-01.08.2010 Həkim Ürək Damar Cərrahiyyəsi kursu Ankara, Türkiyə.

Müdafiə Nazirliyinin məlumatı 1 Oktyabr 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 30-da saat 19:40-dan 19:55-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 20:10-dan 20:35-dək və 23:00-dan 23:30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;- oktyabrın 1-də saat 01:40-dan 02:10-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.